az

Sual-Cavab

FAQ page

Reklamverənlər üçün

Kit Media sisteminin üstünlükləri nələrdir?

Artıq onlarla sayta reklam yerləşdirmək üçün hər biri ilə danışıqlar aparmaq, bir-birinə uyğun gəlməyən qiymətlər almaq, çoxlu fərqli ölçülərdə bannerlər hazırlamaq həm ciddi vaxt, həm də pul itkisidir. Bu bannerləri istədiyiniz vaxt yeniləri ilə əvəz etmək, istədiyiniz vaxt dayandırmaq və ya büdcəsini idarə etmək imkanlarınız olmur. Reklamlarınızın effektivliyini ölçmək və anında prosesə müdaxilə etmək də əlinizdə olmur. Kit Media platformasında cəmi bir neçə saniyəyə siz bunların hamısını edə bilir, kampaniyalarınızı istədiyiniz kimi idarə edə bilirsiniz. Həm maddi, həm vaxt ikisinin qarşısını alır, effektiv nəticələr alırsınız. Həm də bütün bunları ən kiçik büdcə ilə də etmək imkanınız var. 

Yayınçılar üçün

İstənilən sayt Kit Media platformasına qoşula bilərmi?

Günlük minimum 10 000 unikal girişi olan istənilən sayt qeydiyyatdan keçib qoşulmaq üçün müraciət edə bilər. Saytların təsdiqi zamanı onların keyfiyyəti və məzmunu nəzərə alınır. Rədd cavabı alan saytlar 3 aylıq müddətdən sonra problemləri aradan qaldırdığı təqdirdə təkrar müraciət edə bilərlər. Bəzi hallarda saytlardan Google Analytics və ya digər sayğac məlumatları istənilə bilər. Bir çox hallarda Kit Media imtinanın səbəblərini izah etməyə bilər.