az

Xidmətlərimiz

Müştərilərinə media, rəqəmsal reklam və PR sahəsində müxətlif xidmətlər təklif edən KIT Media, peşəkar bir komandaya sahibdir. Biz, müştərilərimizin tələb etdiyi xidmətləri sürətli və rasional şəkildə həyata keçirmək üçün bütün gücümüzlə çalışırıq.

SMM

Sosial media marketinqi, şirkətlərin xidmət və ya məhsullarını sosial şəbəkələr vasitəsi ilə hədəf kütləyə çatdırılmasına kömək edən vasitədir. Təklif olunan məhsul və  xidmətlərinizin satışını artırmaq üçün sosial media hesablarının yaradılması və idarəsini bizə əmanət edə bilərsiniz. SMM xidmətimiz, büdcənizin effektiv şəkildə istifadə olunması ilə daha çox insana xitab etməyə imkan verəcək.

PR

Təklif etdiyimiz PR xidmətlərindən istifadə etməklə Siz, cəmiyyətdə daha çox tanınacaq və şirkətiniz üçün pozitiv imic formalaşdıracaqsınız. Biz hədəf kütləni tamamilə doğru seçərək, onlarla doğru zamanda və doğru şəkildə əlaqə qururuq. Təcrübəli heyətimiz, insanların diqqətini çəkəcək press-relizlər, reklam-informasiya hazırlayaraq, reklam hədəflərinizə ən effektiv şəkildə çatmağınızı təmin edir.

WEB Dizayn

Şirkətlər, web saytları sayəsində müştəri portfelini genişləndirməkdə, həmçinin müştərilərə daha çata bilməkdədir. Təklif etdiyimiz web dizayn, həm axtarış motorlarına, həm müxtəlif brauzerlərə və fərqli cihazlara uyğun formatta hazırlanır. Web dizaynında istifadə edəcəyimiz vizual materiallar brendiniz üçün xüsusi olaraq hazırlanacaq. Təklif etdiyimiz xidmətlə Siz, yeni saytınızın gözəl dizaynla tərtibatından zövq alacaq, müştərilərinizin və tərəfdaşlarınızın xoş fikirlərini eşidəcək, bu saytla işləmək rahatlığını və komfortunu hiss edəcəksiniz.

Qaranlıq bir məqam qaldı? Sizi düşündürən bütün sualların cavabı → FAQs